Səudiyyə Ərəbistanının ACWA Power şirkəti Özbəkistanın Qaraqalpaqıstan və Buxara vilayətlərində külək elektrik stansiyaları tikiləcək.
Renewables.az Interfax-a istinadən xəbər verir ki, bununla bağlı ötən ilin noyabrında imzalanmış müqavilələr Özbəkistan Prezidenti tərəfindən təsdiqlənib.
Məlumata görə, Qaraqalpaqıstanın Kunqrat şəhərində 500 MVt gücündə, Buxaranın Gicduvan şəhərində isə 300 MVt gücündə külək elektrik stansiyaları inşa ediləcək.
ACWA Power-in hər iki layihəyə cəlb etməyi öhdəsinə götürdüyü investisiyaların ümumi məbləği 1,085 milyard dollar təşkil edəcək. Kunqratdakı stansiyaya 682 milyon dollar, Gicduvandakı stansiyaya isə 403 milyon dollar sərmayə cəlb olunacaq.
Rəylər (0):