ACWA Power "Xızı-Abşeron" KES-in tikintisini sürətləndirəcək

image

Azərbaycan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KES) tikintisinin sürətləndirilməsi barədə razılığa gəlib.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir şirkətin İdarə Heyətinin sədri Məhəmməd Abunayyan ilə görüşüb.

“Bu layihə Azərbaycan və Səudiyyə Ərəbistanının enerji keçidinə ilk böyük töhfəsi olacaq”, - P. Şahbazov qeyd edib.

Qeyd edək ki, 2022-ci ilin yanvarın 13-də təməli qoyulan "Xızı-Abşeron" Külək Elektrik Stansiyası ildə, təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində 220 million kubmetr təbii qaza qənaət ediləcək və 400 min ton karbon tullantılarının qarşısı alınacaq.

Bu gün Azərbaycana yatırılan 300 milyon ABŞ dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *