Aİ-nin Rusiya yanacağına asılılığını azaltması iqlim hədəflərinə müsbət təsir edəcək

image

Rusiya-Ukrayna münaqişəsindən sonra Avropa İttifaqı (Aİ) ölkələri Rusiya yanacağına olan asılılığı azaltmağın yollarını axtarır.

“Berpaolunanenerji.az” xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) Aİ-nin Rusiya qazına və neftinə olan asılılığı azaltması üçün hazırladığı yol xəritələrində enerjiyə qənaət və bərpaolunan enerji mənbələri kimi təmiz texnologiyalar ən effektiv həllər olaraq qeyd olunur.

"Bellona Europa", "Ember", E3G ve RAP tərəfindən hazırlanan hesabata görə, Avropa İttifaqı bərpaolunan enerji mənbələrindən elektrik istehsalını sürətləndirərək, həmçinin enerji səmərəliliyi kimi təmiz həllərlə 2025-ci ilə qədər Rusiya qazına olan asılılığını 66 faiz azalda bilər. Bu isə, təbii qaz istehlakının 101 milyard kubmetr azalması anlamına gəlir. Qeyd edək ki, 2021-ci ildə Avropa İttifaqının Rusiyadan qaz idxalı 155 milyard kubmetr olub.

Enerji mütəxəssislərinə görə, enerjiyə qənaət və təmiz texnologiyalar idxalı azaltmaqla yanaşı, iqlim dəyişikliyinə mübarizə hədəflərə uğurla çatmaq üçün kritik rol oynayır.

Qeyd edək ki, Almaniya Rusiya-Ukrayna münaqişəsindən sonra Rusiya yanacaqlarına olan asılılığı azalmaq üçün 2030-cu ilə qədər 80 faiz, 2035-ci ilə qədər isə 100 faiz bərpaolunan enerji hədəfi müəyyən edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *