Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Avropa İnvestisiya Bankının (EIB) Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Maciej Czura ilə görüşüb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Azərbaycan səfirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə EIB arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin Avropa İnvestisiya Bankının gələcəkdə Azərbaycanla bərpaolunan enerji mənbələri, o cümlədən külək və günəş enerjisi sahələrində əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.
Eyni zamanda görüşdə Azərbaycanın azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri barədə məlumat verilib, həmin ərazilərdə aparılan yenidənqurma işləri çərçivəsində “ağıllı şəhər” və “ağıllı kənd” də daxil olmaqla qabaqcıl texnologiyaların və innovativ həllərin tətbiqinə xüsusi diqqət yetirildiyi vurğulanıb və bu istiqamətdə EIB ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Rəylər (0):