Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq çərçivəsində Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi çərçivəsində reallaşdırılan “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi üzrə işlər davam etdirilir.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.
Bildirilir ki, hazırda, Mingəçevir su anbarı üzərində daha böyük gücdə günəş enerjisi layihəsinin reallaşdırılmasının təhlili perspektivləri Bank ilə müzakirə edilməkdədir.
Rəylər (0):