Almaniya Şimal dənizində inşası planlaşdırılan dənizdə külək elektrik stansiyasının tikintisi ilə bağlı Çinin nəhəng külək avadanlıqları istehsalçısı "Ming Yang Smart Energy" şirkəti ilə müqavilə imzalayıb.
Renewables.az The Maritime Executive nəşrinə istinadən xəbər verir ki, stansiyada 16 ədəd 18,5 MVt gücündə külək turbinləri quraşdırılacaq.
Turbinlərin 2028-ci ildən başlayaraq quraşdırılacağı bildirilir. Stansiyanın ildə 400 min ev təsərrüfatını yaşıl enerji ilə təmin edəcəyi gözlənilir.
Rəylər (0):