2023-cü ildə Almaniyada günəş enerjisinin qoyuluş gücü 14,28 qiqavat (QVt) artıb.
Renewables.az pv-magazine portalına istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Şəbəkə Agentliyinin (Bundesnetzagentur) statistikasında qeyd olunub.
Məlumata görə, Almaniyanın yeni günəş enerjisi gücü 2022-ci ildə 7,19 QVt, 2021-ci ildə 5,26 QVt, 2019-cu ildə 3,94 QVt, 2018-ci ildə 2,96 QVt və 2017-ci ildə 1,75 QVt təşkil edib.
Təkcə 2023-cü ilin dekabrında 880 MVt gücündə 3,67 milyondan çox günəş panelləri quraşdırılıb ki, bununla günəş enerjisinin qoyuluş gücü 81,3 QVt-a çatıb.
Statistikaya görə, 2023-cü ildə ümumi gücü 21,2 MVt olan günəş sistemi sökülərək şəbəkədən kənarlaşdırılıb.
Rəylər (0):