Almaniyanın bərpaolunan enerji şirkəti WPD Şimali Makedoniyada 400 MVt gücündə Külək Elektrik Stansiyası (KES) inşa edəcək.
"Berpaolunanenerji.az" "Reuters"ə istinadən xəbər verir ki, stansiya illik 290 min evin elektrik enerjisinə olan tələbatını qarşılayacaq.
Şimali Makedoniyanın baş naziri Zoran Zaev açıqlamasında, Almaniya şirkətinin külək elektrik stansiyasını inşa etmək üçün 578 milyon dollar sərmayə yatıracağını bildirib. Zaev həmçinin qeyd edib ki, bu, ölkənin müstəqilliyi elan olunandan bu vaxtadək edilən ən böyük yaşıl sərmayə qoyuluşudur.
Kumanovo ve Kriva Palanka şəhərləri arasında inşa ediləcək "Virovi" KES 69 külək turbinindən ibarət olacaq. KES-in inşasına 3 il ərzində başlanılacağı və 6 il içərisində tamamlanacağı bildirilir.
Stansiyada illik 1 336 milyon kVt-saat elektrik enerjisi istehsal ediləcək ki, bu da 310 min ton karbon emissiyasının qarşısını alacaq.
Rəylər (0):