Almaniya şirkəti Türkiyədə 250 MVt gücündə külək elektrik stansiyası inşa edəcək

image

Almaniya şirkəti “Enercon” Türkiyənin Ege bölgəsində 250 MVt gücündə Külək Elektrik Stansiyası (KES) inşa edəcək.

“Berpaolunanenerji.az”ın məlumatına görə, şirkət “Bərpaolunan Enerji Mənbələri Sahələri” (YEKA) layihəsi çərçivəsindəki tenderi qazanıb.

Stansiya 45 milyon dollar (630 milyon TL) investisiya hesabına inşa ediləcək.

125 km2 ərazidə inşa ediləcək KES-də hər biri 4,2 MVt olan 60 ədəd “Enercon E-138 EP3 E2” model turbinlər quraşdırılacaq.

Stansiyanın iqtisadi ömrü 49 il olaraq hesablanır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *