Almaniya bu ilin birinci yarısında 7,55 giqavat yeni günəş enerjisi gücü quraşdırıb.
Renewables.az "pv-magazine" portalına istinadən xəbər verir ki, təkcə iyun ayında bu rəqəm 1,13 giqavat təşkil edib.
Məlumatda bildirilir ki, bununla ölkədə günəş enerjisinin qoyuluş gücü 90,2 giqavata çatıb.
Bu ilin birinci yarımilində ən çox yeni günəş enerjisi gücü Bavariyada quraşdırılıb - 1,76 giqavat. İlk üçlükdə 1,07 giqavatla Baden-Vürtemberq və 1,02 giqavatla Şimali Reyn-Vestfaliya vilayətləri qərarlaşıb.
Rəylər (0):