“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” enerji keçidinə mühüm töhfə verəcək.
Renewables.az “Report”a istinadla xəbər verir ki, bunu İtaliyanın CESI S.p.A. (Qara dəniz sualtı enerji kabeli Layihəsinin konsaltinq şirkəti) şirkətinin biznesin inkişafı üzrə direktoru Andrea Meola bildirib.
“Yaşıl enerji dəhlizi"şübhəsiz ki, enerji keçidinin təmin edilməsinə mühüm töhfə verəcək”, - o bildirib.
Xatırladaq ki, Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya 2022-ci il dekabrın 17-də Buxarestdə “yaşıl enerji”nin inkişafı və təchizatı sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bununla 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi nəzərdə tutulur. 1 195 km uzunluğunda olacaq bu kabel xətti vasitəsilə Azərbaycanda hasil edilən elektrik enerjisi Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, buradan isə Macarıstana və Avropanın qalan hissəsinə nəql ediləcək.
Rəylər (0):