Aprel ayında respublikada bərpaolunan elektrik enerjisi istehsalı artıb

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,4 mln. kVt·st artaraq 2022,9 mln. kVt·st olub.

Energetika nazirliyindən "Berpaolunanenerji.az"a verilən məlumata görə, ay ərzində elektrik enerjisinin ixracı 47,5 mln. kVt·saat, idxalı isə 15,0 mln. kVt·st təşkil edib.
2021-ci ilin yanvar-aprel aylarında isə respublikada elektrik enerjisinin istehsalı 8947,8 mln. kVt·st olub.

Hesabat dövründə, ötən ilin 4 ayına nisbətən bərpaolunan enerji stansiyalarının (SES, KES, GES, Bərk məişət tullantılarının yandırılması zavodu) elektrik enerjisi istehsalı 97,6 mln. kVt·st (SES-lərdə 98,6 mln. kVt·st artım; digər mənbələr üzrə 1,0 mln. kVt·st azalma) artaraq 559,1 mln. kVt·st (SES-lərdə 440,4 mln. kVt·st; digər mənbələr üzrə 118,7 mln. kVt·st) olub.

4 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8050,5 mln. kVt·st, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 115,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 758,9 mln. kVt·st, təşkil edib.


Hesabat dövründə elektrik enerjisinin idxalı 47,2 mln. kVt·st olub. İrandan 10,8 mln. kVt·st, Rusiyadan 32,0 mln. kVt·st, Gürcüstandan isə 4,4 mln. kVt·st elektrik enerjisi idxal edilib.
Cari ilin 4 ayı ərzində elektrik enerjisinin ixracı 554,5 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8 mln. kVt·st artıb. İrana 10,8 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 31,2 mln. kVt·st, Gürcüstana isə 499,8 mln. kVt·st elektrik enerjisi ixrac edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *