Avropa şirkəti azad edilmiş ərazilərdə günəş elektrik stansiyası inşa edəcək

image

"Zənnimcə, burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və bizim ilkin hesablamalarımıza görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir".

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı zamanı jurnalistin sualını cavablayan ölkə başçısı deyib.

"Yeri gəlmişkən, deyə bilərəm ki, artıq Avropadan olan bir şirkət azad edilmiş ərazilərdə 200 meqavat gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı Azərbaycan hökuməti ilə ilkin sənədləri imzalayıb. Bu, yaxşı başlanğıcdır və əminəm ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaqdır", - deyə Azərbaycan Prezidenti əlavə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *