Avropaya məhsul ixrac edən tekstil müəssisəsi enerji tələbatını günəş enerjisindən qarşılayır

image

Türkiyənin Ədirnə şəhərində tekstil sənayesində fəaliyyət göstərən fabrik elektrik enerjisinə olan tələbatını günəş enerjisi hesabına qarşılayır.

Renewables.az-ın Anadolu Agentliyinə istinadən xəbərinə görə, müəssisənin damında 2 meqavatlıq günəş enerjisi sistemi quraşdırılıb.

Məlumata görə, 15 min kvadratmetr sahəyə 5 min günəş paneli quraşdırılıb.

Dam sahəsinin çatışmazlığı səbəbindən bütün enerjini qarşılamaq mümkün olmasa da, elektrik enerjisinin 80 faizi elektrik enerjisi ilə təmin olunub. Qalan 20 faiz isə digər fabrikdə quraşdırılan günəş enerjisi sistemi hesabına qarşılanır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *