Azərbaycan BƏƏ ilə dayanıqlı enerji mənbələri ilə bağlı layihələri müzakirə edib

image

Azərbaycan və BƏƏ arasında dayanıqlı enerji mənbələrindən istifadəyə keçid sahəsində birgə layihələrin perspektivləri müzakirə edilib.

Renewables.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, müzakirələr Davos İqtisadi Forumu çərçivəsində onun və BƏƏ-nin iqtisadiyyat naziri, Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının həmsədri Abdulla bin Tuq Əl Marri ilə görüşündə baş tutub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *