Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib

image

Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

Bu barədə "Berpaolunanenerji.az"a nazirlikdən məlumat verilib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuartın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri onlayn formatda iştirak ediblər.

İclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər nəzərdən keçirilib, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, ətraf mühit və digər sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanları müzakirə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *