Energetika nazirinin müavini Samir Vəliyev Qırğızıstanda keçirilən Mərkəzi Asiya ölkələrinin energetika və su nazirliklərinin rəhbərlərinin növbəti görüşündə iştirak edib edib.
Renewables.az Nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın enerji siyasətinin regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrə diqqət çəkilib, çoxtərəfli əməkdaşlığın enerji təhlükəsizliyinin təmin olunmasında və dayanıqlı inkişafın dəstəklənməsində əhəmiyyəti vurğulanıb.
Tədbir zamanı Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə bu ölkənin Prezidenti cənab Sadır Japarovun Azərbaycana dövlət səfəri çərçivəsində energetika sahəsində imzalanmış sənədlərin icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevlə “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub.
Rəylər (0):