Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində növbəti vebinar keçirilib

image

Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə” üzrə İşçi qrupun təşəbbüsü ilə “Türkiyədə Bərpa Olunan Enerji Müəssisələrinin İstismarında və Şəbəkə İdarəçiliyində Qarşıya Çıxan Problemlər və Həll Yolları” mövzusunda vebinar keçirilib.

Renewables.az bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.

Vebinarda Türkiyə Elektrik Ötürmə Şirkətinin (TEİAŞ) əməkdaşı Soykan Nohut mövzu ilə bağlı təqdimatla çıxış edib. Çıxışda ümumi elektrik enerjisi sitemi, bərpa olunan enerji mənbələrindən elektrik istehsalı və şəbəkəyə inteqrasiyası, günəş, külək və digər mənbələr üzrə enerji istehsalında qarşıya çıxa biləcək şəbəkə problemləri və onların həlli məsələləri, enerji saxlanc sistemləri texnologiyaları və istifadə sahələri ilə bağlı ətraflı məlumat verilib. Qarşılıqlı müzakirələr əsasında baş tutan vebinarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Vebinarda Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin əməkdaşları, o cümlədən Türkiyəli mütəxəssislər iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *