Azərbaycan və BƏƏ dənizdə külək enerjisi sahəsində Anlaşma Memorandumu imzalayıb

image

Martın 15-də Bakıda keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə  anlaşma memorandumları imzalanıb.

Bu barədə "Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir.

Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu energetika nazirinin müavini Samir Vəliyev və “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi imzalayıblar.

Memorandum Azərbaycanda bərpa olunan enerjinin tətbiqini dəstəkləmək, eyni zamanda dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına “yaşıl hidrogen” istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin digər tədbirləri əhatə edən interqrasiya olunmuş həllərə dair potensial əməkdaşlıq imkanlarını ehtiva edir.

Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitənin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, investisiya dəyəri 225 milyon ABŞ dollarından çox olan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edilən “Masdar” şirkəti BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa ölkələr də daxil olmaqla 40-dan çox ölkədə fəaliyyət göstərir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *