Energetika nazirinin müavini Samir Vəliyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.
Renewables.az-a bu barədə nazirlikdən məlumat verilib.
Görüşdə bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi ilə bağlı müzakirələr aparılıb, görülmüş tədbirlər dəyərləndirilib, “Masdar” şirkəti tərəfindən həyata keçiriləcək 1 QVt gücündə günəş və külək elektrik stansiyalarının ötürücü şəbəkəyə qoşulması ilə bağlı görülmüş işlər nəzərdən keçirilib.
445 MVt gücündə “Biləsuvar” və 315 MVt gücündə “Bankə” günəş elektrik stansiyalarının şəbəkəyə qoşulması ilə bağlı həyata keçiriləcək tədbirlər və atılacaq növbəti addımlar müzakirə olunub. Layihələrin ötürücü şəbəkəyə qoşulması üçün elektrik verilişi xətlərinin tikintisinin icra qrafikinə uyğun təmin edilməsi prosesinin sürətləndirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin enerji sahəsində əməkdaşlıqdan irəli gələn digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəylər (0):