Azərbaycanda elektrik enerjisi istehsalı apreldə 1,2 % artıb

image

Bu ilin aprel ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 046 milyon kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.

Bu barədə "Berpaolunanenerji.az"a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, ötən ay ölkəyə elektrik enerjisinin idxalı 10 milyon kVt-saat olmaqla 1 il əvvələ nisbətən 5,1 milyon kVt-saat , elektrik enerjisinin ixracı isə 11 milyon kVt-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 36 milyon kVt-saat az olub.

2022-ci ilin yanvar-aprel aylarında isə respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % artaraq 9 milyard 240,1 milyon kVt-saat olub.

Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 52,2 milyon kVt-saat artaraq 492,6 milyon kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 7,4 milyon kVt-saat artaraq 126,2 milyon kVt-saat olub. Külək elektrik stansiyalarında 32,2 milyon kVt-saat, günəş elektrik stansiyalarında 18 milyon kVt-saat , Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 76 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

4 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 milyard 350,5 milyon kVt-saat (SES-lərdə 463 milyon kVt-saat ), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 116,26 milyon kVt-saat (SES-lərdə 25,7 milyon kVt-saat , GES-də 16,64 milyon kVt-saat ), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 20,1 milyon kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 753,2 milyon kVt-saat təşkil edib.

2022-ci ilin yanvar-aprel ayları üzrə elektrik enerjisinin ixracı 518,6 milyon kVt-saat olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 35,4 milyon kVt-saat azalıb. Bu dövrdə elektrik enerjisinin idxalı isə 40,7 milyon kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,6 milyon kVt-saat artıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *