Azərbaycanda “Elektromobillik üzrə Milli Plan" hazırlanacaq

image

Azərbaycan Respublikasının Energetika Nazirliyi  Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan “Elektromobillik üzrə Milli Planın hazırlanması”na aid işin satınalınmasına dair təkliflər sorğusunu elan edir.

Renewables.az-ın məlumatına görə, Energetika Nazirliyi "Elektromobillik üzrə Milli Planın hazırlanması" işini təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar  +99412 598 16 53 (daxili 1131) telefon nömrəsi ilə (email: elchin.mehraliyev@minenergy.gov.az) əlaqə saxlaya bilərlər.

Daha ətraflı məlumatı etender.gov.az internet səhifəsindən ala bilərsiniz. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *