Azərbaycanda günəş elektrik stansiyalarının istehsalı 206,5 mln. kVt-saat təşkil edib

image

Bu ilin yanvar-may aylarında ölkənin günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı 206,5 mln. kVt-saat təşkil edib.

Renewables.az Energetika Nazirliyinin yaydığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 181,1 mln. kVt-saat və ya 8,1 dəfə çoxdur.

Qeyd edək ki, hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 24,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *