Azərbaycanda hidrogen enerjisi ilə bağlı hesabat açıqlanacaq

image

“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanda hidrogen enerjisindən istifadənin səmərəli olması ilə bağlı hesabat açıqlanacaq.

Renewables.az-ın məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən "Yaşıl enerji və ətraf mühit - bizneslər üçün inkişaf perspektivləri" mövzusunda ictimai müzakirələrdə deyib.

C.Abdullayevin sözlərinə görə, hesabat Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maliyyə dəstəyi ilə hazırlanıb.

“Bir daha sübut ediləcək ki, Azərbaycanda hidrogen istehsalı kifayət qədər səmərəlidir. Bu hesabatdan sonra hidrogenlə bağlı istər kiçik, istərsə də böyük layihələrin həyata keçirilməsi aktuallıq kəsb edəcəyinə inanıram.

Biz həm də “elektromobilliklə bağlı milli tədbirlər planı” üzərində işləyirik. Bu istiqamətdə işlərimizi sinxronlaşdırmağa hazırıq və kiçik və orta biznesin təkliflərinə açığıq. Təklifləri həmin sənəddə nəzərə alacağıq”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *