Azərbaycanda hidrogenin bərpa olunan enerji mənbələri hesabına istehsalı və ixracı potensialı araşdırılır

image

Energetika nazirinin müavini Kamal Abbasov Beynəlxalq Enerji Forumunun ev sahibliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilmiş “Enerjiyə baxış üzrə 14-cü Beynəlxalq Enerji Agentliyi (IEA) - Beynəlxalq Enerji Forumu (IEF) - Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Simpoziumu”nda çıxış edib.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, çıxışda Azərbaycanın enerji sektorunda həm ənənəvi, həm də bərpa olunan enerji mənbələri baxımından əldə etdiyi nailiyyətlər qeyd edilib.

Çıxışda Azərbaycanın yaşıl hidrogen sahəsinə marağı ifadə edilib və vurğulanıb ki, aşağı karbonlu enerjiyə artan tələbatı ödəmək üçün hidrogenin bərpa olunan enerji mənbələri hesabına istehsalı və ixracı potensialı araşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *