Azərbaycanda hidrogenin inkişafı üzrə milli strategiya hazırlanır

image

Aşağı karbonlu hidrogenin istehsalı və istifadəsi, həmçinin “yaşıl dəhliz”lər vasitəsilə ixrac imkanlarının qiymətləndirilməsi və tərtib edilmiş ssenarilərə əsasən hədəf göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə hidrogenin inkişafı üzrə milli strategiya hazırlanır.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Dünyada “xalis sıfır” enerji gələcəyinin mühüm elementi olan hidrogen Azərbaycanın “yaşıl inkişaf” və enerji təchizatçısı gündəliyinin də tərkib hissəsidir. “Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması” sənədinin COP29-a qədər yekunlaşdırılması və “Enerji Günü”ndə təqdim olunması planlaşdırılır", - nazir məqalədə qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *