Azərbaycanda ilin sonunda bərpaolunan enerji hərracları keçirilə bilər

image

Azərbaycanda ilk bərpaolunan enerji hərracları 2021-ci ilin sonu, yaxud növbəti ilin əvvəlində keçirilə bilər.

Bu barədə "Berpaolunanenerji.az"a energetika nazirliyindən bildirilib.

Qeyd edilib ki, hazırda bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası, hərraclar üçün şərtlər toplusu, həmçinin elektrik enerjisinin alqı-satqı müqavilələri Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə həyata keçirilən “Azərbaycanda bərpaolunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanır:

"Bildiyiniz kimi, cari ilin 12 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunu imzalanıb. Qanunda bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi prosesinin hərrac və ya birbaşa cəlbetmə yolu ilə reallaşdırılması nəzərdə tutulur. Bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası və eyni zamanda istifadə ediləcək müqavilə formaları, kvalifikasiya sorğusu, təklif sorğusu, sahələrin seçilməsi hesabatı və s. hazırlanmaqdadır.

Bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası (alt qanunvericilik aktı) qəbul edildikdən sonra, ölkəmizdə ilk bərpaolunan enerji hərracları cari ilin sonu, yaxud növbəti ilin əvvəlində keçirilə bilər".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *