Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2024-cü ilin yanvar-aprel aylarında "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 14,8 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Renewables.az xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 mln. kVt-saat və ya 10 faiz azdır.
Qeyd edək ki, Azərbaycanda külək enerjisi istehsalı 21 mln. kVt-saat təşkil edib. Bununla, ölkə üzrə külək enerjisi istehsalının 70,5 faizi "Azərişıq" ASC üzrə stansiyalardan olub.
Rəylər (0):