Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2024-cü ilin 7 ayında Azərbaycanın külək elektrik stansiyalarının elektrik istehsalı 33,3 mln. kVt-saat təşkil edib.
Renewables.az xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 mln. kVt-saat və ya 11,5 faiz azdır.
Hesabat dövründə "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 25,1 mln. kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu da Respublika üzrə külək enerjisi istehsalının təxminən 75 faizinə bərabərdir.
Rəylər (0):