“Azərbaycanda təmiz enerjiyə keçid” mövzusunda dəyirmi masa keçirib

image

Noyabrın 29-da Energetika Nazirliyinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə “EU4Energy” proqramı çərçivəsində “Azərbaycanda təmiz enerjiyə keçid” mövzusunda videoformatda dəyirmi masa keçirib.

"Berpaolunanenerji.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Tədbir Avropa Yaşıl Sazişi və onun dərin dekarbonizasiya siyasəti ilə bağlı əsas prosesləri, irəliləyişləri və çətinlikləri, eləcə də Azərbaycanın təmiz enerjiyə keçidini müzakirə etmək, bu sahədə bilik və təcrübə mübadiləsi aparmaq məqsədilə təşkil edilib.

Energetika Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Orxan Zeynalovun və Avropa Enerji Tənzimləyiciləri Şurasının Baş Katibi Charles Esserin açılış nitqlərindən sonra Avropanın Təmiz Enerji Paketinin icrası ilə əlaqəli prosesləri izləmək, onun tələblərinə və bu tələblərin icrasının mümkünlüyünə, meydana çıxan əsas maneələrə və axtarılan həll yollarına dair fikir mübadiləsi aparılıb. Dekarbonizasiya istiqamətdə Azərbaycanda görüləcək tədbirlər barədə məlumat verilib, Paris İqlim Sazişinin məqsədlərinə nail olmaq üçün atılan addımlar müzakirə edilib. Eyni zamanda, xarici ekspertlər tərəfindən Avropa Yaşıl Sazişinin hədəflərinə nailolma prosesində öyrənilmiş bilikləri və əldə olunmuş nailiyyətləri təsvir etmək üçün Avstriyanın milli enerji və iqlim planı təqdim olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *