“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə onlayın görüşü olub.
Renewables.az bu barədə “AzərEnerji” ASC-yə istinadla xəbər verir.
Görüşdə Azərbaycanda həyata keçiriləcək irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının maliyyələşmə məsələləri barədə müzakirələr aparılıb. Eyni zamanda yeni tikiləcək 500 kV-luq “Navai” yarımstansiyası, yeni çəkiləcək ötürmə xətləri, fəaliyyətlərin ekoloji, sosial təsirləri və başqa məsələlər də görüşdə müzakirə mövzusu olub.
Rəylər (0):