“AzerGold” Fransa şirkətləri ilə alternativ enerji istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edib

image

Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olan Fransa şirkətləri ilə “AzerGold” QSC arasında mümkün sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

“Berpaolunanenerji.az”ın “AzerGold” QSC-yə istinadən verdiyi məlumata görə, bu, Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov Fransanın ölkəmizdəki səfirinin iqtisadiyyat müşaviri Lui Tulorj və iqtisadi məsələlər üzrə attaşesi Yannik Haronis ilə keçirilən görüşdə müzakirə edilib.

Ümumilikdə dağ-mədən sənayesinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanılması üzrə nou-hau texnologiyaların tətbiqi, gələcək layihələrdə alternativ enerji mənbələrindən istifadə edilməsi istiqamətində əməkdaşlıq imkanları da müzakirə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *