BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində iki külək turbini hazırlanır.
Bu barədə "Berpaolunanenerji.az"a BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən məlumat verilib.
Bakı Dövlət Universitetində yeni yaradılan Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində (TETYM) tələbələr və gənc mütəxəssislər tərəfindən vertikal və horizontal tipli iki müxtəlif külək turbininin hazırlanmasına başlanılıb.
Ümumi gücü 1 200 Vt olacaq HAWTs və VAWTs tipli bu turbinlərin bütün hissələri tələbələr tərəfindən hazırlanacaq. Layihənin sentyabr ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
Mərkəzin həyətində yerləşən günəş panelləri və hazırlanacaq turbinlərindən ibarət alternativ enerji mənbəyi sisteminin ümumi gücü 2 000 Vt təşkil edəcək ki, bu da TETYM-in inzibati binasını tam olaraq elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.
Rəylər (0):