BƏƏ Gürcüstanda günəş enerjisi layihəsinə investisiya yatıracaq

image

Gürcüstanda günəş enerjisi layihəsinə 100 milyon ABŞ dolları həcmində xarici investisiyanın yatırılması planlaşdırılır.

“Berpaolunanenerji.az”ın əldə etdiyi məlumata görə, Qardabani bələdiyyəsində Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə 100 MVt gücə malik günəş elektrik stansiyasının inşası layihəsi üçün hazırlanmış araşdırmalar nəzərdən keçirilib.

Stansiyanın tikintisi Qardabaninin Axali Samqori kəndində planlaşdırılır. Təxmini investisiya dəyəri 80-100 milyon ABŞ dolları olan layihə Gürcüstanın Energetikanın İnkişafı Fondu və BƏƏ-nin Mubadala İnvestisiya Holdinqinin birgə səyləri ilə reallaşdırılacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *