BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycanla alternativ enerji sahəsindəki əməkdaşlıqdan danışıb

image

"BƏƏ investorlarını Azərbaycandakı layihələrə investisiya yatırmağa dəvət edirik. Eyni zamanda, BƏƏ investorlarını və şirkətlərini Azərbaycanda investisiya və layihələrini genişləndirməyə təşviq edirik".

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu "Report"a müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri deyib. 

Nazir "Azərbaycanla BƏƏ alternativ enerji sahəsində əməkdaşlığı genişləndirə bilərmi?" sualını bu cür cavablandırıb:

"Bu istiqamətdə artıq addımlar atılıb. BƏƏ ilə Azərbaycanın bu sahədə olan qurumları arasında tərəfdaşlıq müqavilələri hazırlanıb və bu da Azərbaycanın bərpa olunan enerji sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur. Layihə Azərbaycanda 200 meqavat gücündə ilk günəş fotovoltaik elektrik stansiyasının dizaynını, maliyyələşdirilməsini, inşasını və istismarını həyata keçirəcək".

Qeyd edək ki, ötən həftə BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *