Bərk Məişət Tullantılarının Yandırılması Zavodu elektrik enerjisinin istehsalını azaldıb

image

2022-ci ilin yanvar ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2556,6 mln. kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 188,2 mln. kVt-saat, yaxud 7.9 faiz artması deməkdir.

Bu barədə "Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, cari ilin yanvar ayında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 14,7 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. Bu da ötən ilin yanvar ayı ilə müqayisədə 4 milyon kVt-saat azdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *