"Hazırda Qarabağda külək, günəş və su elektrik stansiyalarının tikintisi ilə bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparılır".
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev "Rebuild Karabakh" sərgisi çərçivəsində “Qarabağın enerji potensialı - azad olunmuş bölgələrdə yaşıl energetikanın inkişaf imkanları, regionun müharibə sonrası bərpası” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
Təbriz Əmmayev çıxışı zamanı işğaldan azad olunmuş ərazilərdə yüksək bərpaolunan enerji - külək, günəş, hidro, geotermal enerji potensialının olduğunu vurğulayıb.
Rəylər (0):