bp-nin Qarabağda günəş enerjisi layihəsinə yatıracağı sərmayənin məbləği açıqlanıb

image

bp-nin işğaldan azad edilən torpaqlarda inşa ediləcək günəş elektrik stansiyasına yatıracağı sərmayənin məbləği açıqlanıb.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu jurnalistlərə energetika nazirinin müavini Elnur Sultanov jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini deyib: "Bütünlükdə baxsaq bu 200 milyon dolların üzərində bir yatırım deməkdir. Bu digər şirkətlərə Qarabağın yatırım üçün əlverişli olduğu siqnalıdır."

Qeyd edək ki, iyunun 3-də Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *