Britaniya dənizdə külək enerjisi sahəsində təcrübəsini Azərbaycanla bölüşə bilər

image

Böyük Britaniya dəniz külək enerjisindən istifadə sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

"Renewables.az"ın məlumatına görə, bunu Trend-ə Əlahəzrətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kenan Poleo deyib.

"Dünyanın ən böyük quraşdırılmış dəniz külək enerjisi güclərindən birinə və Avropada ən böyük layihələrə malik ölkə kimi biz sektorun inkişafı sahəsində ölkəmizin təcrübəsini Azərbaycanla bölüşməyə hazırıq", - deyə ticarət komissarı bildirib.

K.Poleo qeyd edib ki, Böyük Britaniya həmçinin bu ilin iyun ayında Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə başladılan Azərbaycan üçün dəniz külək enerjisi yol xəritəsinin maliyyələşdirilməsinə kömək edib.

"Həmin ayın sonunda Böyük Britaniya-Azərbaycan Birgə Hökumətlərarası Komissiyanın Beşinci Sessiyası çərçivəsində biz nazir Şahbazovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Kinkardayndaki elektrik şəbəkəsinə qoşulmuş dünyanın ən böyük üzən dəniz külək enerjisi stansiyasına səfərini təşkil etdik", - deyə ticarət komissarı bildirib.

O qeyd edib ki, Azərbaycan böyük bərpa olunan enerji potensialına malikdir və bu, Britaniya-Azərbaycan enerji əməkdaşlığının mümkün qədər tez genişləndirilməli olduğu bir sahəsidir.

"Böyük Britaniya 2050-ci ilə qədər sıfır tullantıya nail olmağı hədəfləyir ki, bu da bizim geniş spektrdə bərpa olunan enerjidən istifadə texnologiyaları üzrə imkanlarımızı genişləndirdiyimizi bildirir. Hökumətlərarası işçi qrupumuz vasitəsilə biz Azərbaycana təmiz enerji sektorunu inkişaf etdirməyə kömək etmək üçün Böyük Britaniyanın təcrübəsini fəal şəkildə bölüşürük", - deyə ticarət komissarı bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *