Cəbrayılda istehsal olunacaq günəş enerjisi Səngəçal terminalını elektrik ilə təmin edəcək

image

“AzərEnerji” və bp Səngəçal terminalının operatoru kimi bu gün Qarşılıqlı Anlaşma Memorandumu (QAM) imzalayıblar. Sənədə əsasən tərəflər Səngəçal terminalının elektrikləşdirilməsini nəzərdə tutan “Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi” (STEL) üçün texniki həll hazırlamaq məqsədilə birlikdə işləyəcəklər. 

Renewables.az “AzərEnerji”yə istinadən xəbər verir ki, STEL layihəsi  uğurla həyata keçərsə, dünya səviyyəli obyekt olan Səngəçal terminalını enerji ilə təmin etmək üçün istifadə olunan yanacaq qazının yandırılması dayandırılacaq və terminal Azərbaycan dövlət enerjisistemindən enerji ilə təchiz olunacaq.

Daha dəqiqi STEL layihəsi həyata keçirildikdən sonra, dünya səviyyəli obyekt olan Səngəçal terminalının elektrik enerjisi təchizatı bp şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində tikiləcək 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin Azərbaycan dövlət enerjisistemi əraziyə ötürülməsilə vasitəsilə təchiz olunacaq. “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan enerji Səngəçal Terminalının təchizatı üçün çatışmadıqda terminalın elektrik enerji təchizatı “Azərenerji” ASC tərəfindən təmin olunacaqdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *