Cənubi Koreya dünyanın ən böyük dənizdə üzən külək parkını quracaq

image

Cənubi Koreya 2030-cu ilə qədər ərazi sularındakı təbii qaz sahəsində ümumi gücü 6 min MVt olacaq üzən dəniz külək parkı quracaq.

"Berpaolunanenerji.az" "offshoreWIND"a istinadən xəbər verir ki, Koreya Respublikası 2050-ci ilə qədər sıfır karbon qazı hədəfinə çatmaq üçün önəmli bir layihəni həyata keçirəcəyini açıqladı. Ölkə prezidenti Mun Çje İn, 2030-cu ilə qədər ölkənin cənub-qərbindəki Ulsan bölgəsi ətrafında nəhəng üzən dəniz külək parkı inşa ediləcəyini açıqladı: "Layihənin dəyəri 26.7 mlrd. avro dəyərləndirilir və hökumət layihəyə 1 mlrd. avro məbləğində yatırım edəcək".

Dünyanın ən böyük dənizdə üzən külək elektrik stansiyası enerji ehtiyacının 20 %-ni qarşılayacaq və 210 min yeni iş yerlərinin yaranmasına səbəb olacaq.

Dənizdə üzən külək enerjisi Koreya Milli Neft Korporasiyasının (KNOC) təbii qaz sahəsində inşa ediləcək və təbii qaz sahəsinin isə 2022-ci ildə fəaliyyətini dayandıracaq. Stansiya ildə 5.7 milyon evin elektrik enerjisini qarşılayacaq və 9.3 milyon ton səmt qazının azalmasına səbəb olacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *