Çin dünyanın ən böyük dənizüstü külək turbinini tanıdıb

image

Çinin ən böyük özəl külək turbini istehsalçısı “MingYang Smart Energy” 16 MVt gücə malik dünyanın ən böyük dəniz külək turbinini təqdim edib.

“Berpaolunanenerji.az” xarici mətbuata istinadən xəbər verir ki, şirkət açıqlamasında, MySE 16.0-242 markalı turbinin illik 80 milyon kVt-saat elektrik enerjisi istehsal edə biləcəyini bildirib.

80 mərtəbəli bir bina uzunluğunda olan dünyanın ən böyük külək turbininin diametri 242 metr, bir qanadının uzunluğu 118 metr olacaq.

Turbin 46 kvadratmetr əraziyə nəzarət edə biləcək və 25 illik istehsal müddətində 1,6 milyon ton karbon emissiyasının qarşısını alacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *