Çin dünyanın ən böyük günəş elektrik stansiyasını istifadəyə verib

image

Çin Yaşıl İnkişaf Qrupunun (CGDG) törəməsi olan "Tianjin of China Green Electricity Investment", Çinin Sincan bölgəsindəki Urumçi şəhərində 3,5 giqavat gücündə "Midong" Günəş Fotovoltaik Stansiyasını istismara verib.

Renewables.az "pv magazine" portalına istinadən xəbər verir ki stansiya hazırda dünyanın ən böyük günəş elektrik stansiyasıdır. Dünyanın ən böyük günəş stansiyası 2,13 milyard dollar sərmayə hesabına inşa olunub. Stansiya ildə 6,09 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək.

Bölgə, əhalisinin az olmasına baxmayaraq, külək və Günəş kimi bərpa olunan enerji resursları ilə zəngin olduğu üçün seçilib. Burada istehsal olunan elektrik enerjisi rayonun tələbatından əlavə, nəhəng enerji ötürücü xətlər vasitəsilə əhalinin sıx məskunlaşdığı ölkənin şərqinə doğru da ötürüləcək. 

Hazırda gücünə görə dünyanın 3 ən böyük günəş elektrik stansiyası Çində yerləşdir. stansiyasına malikdir. Günəş enerjisinə böyük sərmayə qoyan Çin, keçən il 216 giqavat yeni güc əlavə edərək günəş enerjisi istehsalını 55 faiz artırıb. Çin 2030-cu ilə qədər karbon emissiyalarında pik həddinə çatdıqdan sonra 2060-cı ilə qədər karbon neytrallığına çatmağı hədəfləyir. Bu hədəflərə nail olmaq üçün hökumət 2030-cu ilə qədər 1200 giqavat bərpa olunan enerji potensialının yaradılmasını öhdəsinə götürüb.

Stansiya 5,26 milyon ədəd 650 Vt-dan çox monokristal ikiüzlü ikiqat şüşəli fotovoltaik panellərə malikdir. Layihənin geniş infrastrukturuna 1,23 milyon dayaq dirəyi, beş 220 kV-luq gücləndirici stansiyanın və massivi 750 kV-luq yarımstansiya vasitəsilə şəbəkəyə birləşdirən 208 km-dən çox ötürücü xətlərin quraşdırılması daxildir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *