Çinin dövlət şirkəti "China Datang Corporation" Tacikistanın Soqd vilayətində gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyası tikmək niyyətindədir.
Renewables.az-ın xarici mediaya istinadən məlumatına görə, Soqd vilayətinin rəhbəri Rəcəbboy Əhmədzoda korporasiyanın Mərkəzi Asiya üzrə baş direktoru Vanq Hao ilə görüşdə Çindən olan investorla yaşıl enerji istehsalı üzrə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Görüşdə Çin korporasiyasının nümayəndəsi bölgədə “təmiz enerji istehsal edən günəş elektrik stansiyası” tikmək niyyətində olduqlarını bildirib.
Rəylər (0):