Yaşıl enerjiyə keçidin təmin edilməsi üçün ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni intensivləşdirmək məqsədilə bu sahədə ixtisaslaşmış şirkətlərlə fəal əməkdaşlıq qurulur.
Renewables.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Davos İqtisadi Forumu çərçivəsində Hindistanın "ReNew" şirkətinin sədri və baş icraçı direktoru Sumant Sinha ilə görüşdə ekoloji mühiti dəstəkləyən biznes həllərini, şirkətin təklif etdiyi dekarbonizasiya mexanizmləri ilə ölkəmizin sıfır emissiyaya doğru hədəflərini reallaşdırmaq imkanlarını nəzərdən keçirdik", - nazir əlavə edib.
Rəylər (0):