“Dayanıqlı şəhərlər və binalar” mövzusunda vebinar keçirilib

image

Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Dayanıqlı şəhərlər və binalar” mövzusunda vebinar keçirilib.

Renewables.az xəbər verir ki, vebinarda Türkiyənin Çankaya Universitetinin dosenti Dr. Gülsu Ulukavak Harputlugil tərəfindən dayanıqlı şəhərlərin tətbiqində iqlim məsələləri, binaların isidilməsində günəş enerjisindən istifadə, enerji səmərəliliyi, karbon qazı emissiyalarının azaldılması tədbirləri və digər məsələlərlə bağlı məlumat verilib. Qarşılıqlı müzakirələr əsasında baş tutan vebinarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Vebinarda Energetika Nazirliyi, yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), “Azərenerji” ASC və “Azərişıq” ASC-nin əməkdaşları da iştirak ediblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *