Dövlət Energetika Xidmətində "Tivi" Su Elektrik Stansiyasının tikintisi ilə bağlı görüş keçirilib

image

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində generasiya gücü 15,6 meqavat olacaq "Tivi" Su Elektrik Stansiyasının tikintisi altına düşən torpaq sahələrinin "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun müvafiq bəndlərinə əsasən satın alınması məqsədilə İşçi Qrupunun və Qiymətləndirmə Komissiyanın iclası keçirilib.

Renewables.az xəbər verir ki, bu barədə Dövlət Energetika Xidməti məlumat yayıb.

Məlumata görə, Xidmət rəisinin müavini, Qiymətləndirmə komissiyası və İşçi Qrupun sədri Tural Murtuzəliyev tapşırıq verib ki, 2,14 hektar torpaq sahəsinin satınalınması üçün qiymətləndirmə komissiyası nəzərdə tutulmuş sahələrin satın alınması məqsədilə qiymətləndirməni təşkil etsin.

Həmçinin, 13,7 hektar torpaq sahəsinin qanunvericilin tələblərinə uyğun olaraq dövlət ehtiyacları üçün satın alınması məqsədilə müvafiq tapşırıqlar verilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *