Dünyanın ən böyük külək turbini istehsalçısı olan Çinin MingYang şirkəti son aylarda təqdim etdiyi dünyanın ən böyük iki qanadlı üzən külək platforması olan OceanX-in tikintisini tamamlayıb.
Renewables.az-ın Offshore Wind portalına istinadən xəbərinə görə, dünyanın ən böyük üzən külək enerjisi platforması 4 ay ərzində qurulub.
Aprel ayında başlayan quraşdırma prosesinin bu yaxınlarda tamamlandığını açıqlayan şirkət, yeni platformasında ümumi 16,6 MVt enerji istehsalı təklif edir. V formalı qüllə quruluşuna malik olan OceanX platformasında, iki Mingyang MySE8.3-180 (8,3 MVt) hibrid idarə olunan dəniz külək turbini quraşdırılıb.
Mingyang, OceanX platformasındakı əsasən körpülərdə gördüyümüz kabel bağlama sistemindən istifadə edir. Belə ki, bu kabel çəkmə üsulunun yükün ötürülməsini asanlaşdırdığı və əlbəttə struktrun daha yüngül olmasına şərait yaratdığı bildirilir. Mingyang açıqlamasında, OceanX-in yenilikçi V formalı qüllə dizaynının xüsusilə son dərəcə şiddətli tayfun şəraitində istehsal səmərəliliyini artıran və yükü azaldan dizayna sahib olduğunu bildirir.
Dünyanın ən böyük iki qanadlı üzən külək platformasının zirvəsinə həm lift, həm də pilləkənlər ilə qalxmaq mümkündür. İldə təxminən 54 milyon kVt-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilən platformanın təxminən 30.000 ev təsərrüfatını enerji ilə təmin edəcəyi gözlənilir.
Bildirilir ki, qanadının diametri 182 m olan OceanX-in çəkisi təxminən 16500 tondur və ən azı 35 m dərinlikdəki sularda fəaliyyət göstərə bilər. Digər tərəfdən, Mingyang-ın verdiyi açıqlamaya görə, OceanX 79,8 m/s-ə qədər olan küləklərə və 30 metrə çatan dalğalara tab gətirə bilir.
Rəylər (0):