“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi Qrupunun iclası keçiriləcək

image

Noyabrın 30-da saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.

"Berpaolunanenerji.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tapşırıqlarla bağlı görülmüş işlər, işçi qrupunun əvvəlki iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə sahibkarların məlumatlılıq və məmnunluq səviyyəsinin artırılmasına xidmət edən Kommunikasiya Strategiyasının və işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə ediləcək.

İşçi qrupunun iclasında iştirak etmək istəyən şəxslər, o cümlədən özəl sektorun nümayəndələri aşağıda göstərilən keçid vasitəsilə Komissiyanın internet portalının (https://azranking.az/) “Rəqəmsal Təqvim” səhifəsində yaradılmış “Təklif göndər” bölməsinə daxil olaraq müvafiq təkliflərini verə bilərlər.
https://bit.ly/3cDRVwP


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *