Elnur Soltanov: “Havaya atılan tullantıları 40 %-dən çox azaltmağa iddialıyıq”

image

İlkin hesablamalara görə, Azərbaycan 2050-ci ilədək ətraf mühitə atılan karbon dioksidlərinin həcmini 40 % azaldacaq, lakin bu nəticə daha da iddialı ola bilər.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçiilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan üzərinə öhdəlik götürüb

E. Soltanov həmçinin bildirib ki, Azərbaycan 2050-ci ilə qədər işğaldan azad edilmiş əraziləri tamamilə yaşıl enerji məkana çevirəcək.

"Hazırda ölkədə 16,5 % gücündə bərpa olunan enerji istehsalı mövcuddur. Ancaq biz 2030-cu ilə qədər bu istehsal gücünü 30 %-ə çatdırmağı planlaşdırırıq. Bu isə 1,5 qiqavat bərpa olunan enerji mənbələri deməkdir. Biz düşünürük ki, bu rəqəm daha da böyüyəcək”, - E. Soltanov vurğulayıb.

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanda külək enerjisi üzrə 3 000 meqavat istehsal gücü potensialı qiymətləndirilir: “Gələcəkdə bu güc 8 min meqavata və ya 8 qiqavata çatdırılacaq. Bundan başqa, ölkədə günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt həcmində qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə su elketrik stansiyalarının inşası üçün böyük potensial var".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *